08 iyun 2026 22:30
81

Gürcüstanın turizm gəlirləri azalıb

Bu ilin yanvar-may ayları arasında Gürcüstanın turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azalaraq 1,5 milyard dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Turizm Administrasiyası və Galt & Taggart investisiya bankının araşdırmasında ter alıb.

İnvestisiya bankının mütəxəssisləri azalmanı Yaxın Şərqdəki hərbi münaqişə ilə əlaqələndiriblər.

2025-ci ildə Gürcüstana xarici səfərlərin sayı rekord həddə - 7,8 milyona çatıb. Ötən il Yaxın Şərqdən gələn turistlərin sayı 2024-cü illə müqayisədə 3,4% çox olub.

2025-ci ildə turizmdən ümumi gəlir 4,7 milyard dollar təşkil edib. Gürcüstanın 2026-cı il üçün dövlət büdcəsi 36,285 milyard lari (13,438 milyard dollar), ÜDM isə 114,121 milyard lari (42,267 milyard dollar) təşkil edir. Bundan əlavə, turizm sayəsində adambaşına düşən ÜDM ötən il ilk dəfə olaraq 10.000 dolları keçib, halbuki cəmi üç il əvvəl 7.000 dollar idi.

2021-ci ildən bəri turist sayının və turizm gəlirlərinin davamlı artımı Galt & Taggart şirkətini ölkənin turizm gəlirlərinin bu ilin sonuna qədər 5 milyard dollara çatacağını proqnozlaşdırmağa vadar edib. Lakin investisiya bankı hazırda Yaxın Şərqdə müharibənin başlanması onu nikbin proqnozunu təxminən 200-300 milyon dollar səviyyəsində tənzimləməyə məcbur etdiyini bildirir.