08 iyun 2026 23:29
124

Tanınmış hücumçu 31 yaşında karyerasını başa vurdu

Divok Orici karyerası ilə bağlı yekun qərarını verib.

“İki sahil” xəbər verir ki, belçikalı hücumçu karyerasını başa vurub.

Təcrübəli forvard 31 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Divok Orici "Genk", "Lilli", "Liverpul", "Volfsburq", "Nottingem Forest" və "Milan"da çıxış edib. O, Belçika millisinin heyətində keçirdiyi 32 rəsmi matçda 3 qol vurub.