08 iyun 2026 23:53
120

Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Şahdağ Qusar”ın yeni baş məşqçisi bəlli olub.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Füzuli Məmmədovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Füzuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.