09 iyun 2026 01:46
120

DÇ-2026 hakiminin viza problemi yarandı, ölkəsinə geri qayıtdı

Somalili FİFA hakimi Ömər Əbdülqadir Artan ABŞ-a daxil ola bilməyib və geri qaytarılıb.

“İki sahil” xəbər verir ki, “Voetbal International” nəşrinin məlumatına görə, 34 yaşlı referi etibarlı viza olmadan ABŞ-a getdiyi üçün sərhəddən buraxılmayıb. O, diplomatik pasportla girişin yetərli olacağını düşünüb.

Hadisədən sonra hakim ölkəyə geri göndərilib. Onun dünya çempionatında iştirak edib-etməyəcəyi və ya FİFA tərəfindən başqa hakimlə əvəzlənəcəyi məlum deyil.

Qeyd edək ki, Artan 2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən ilin ən yaxşı hakimi seçilib.