09 iyun 2026 07:56
208

ABŞ İsrailin etirazlarına baxmayaraq, İranla danışıqları davam etdirəcək

Vaşinqton İsrailin hansı mövqeni tutmasından asılı olmayaraq, bundan sonra da Tehranla razılaşmanın əldə olunmasına, o cümlədən nüvə proqramı məsələsinin həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz İranın nüvə proqramı probleminin uzunmüddətli həllinə nail olmağa qadirik. İsrail bunu bəyənə də bilər, bəyənməyə də, lakin biz prinsipial olaraq əminik ki, belə bir addım Birləşmiş Ştatların milli maraqlarına uyğundur. Buna görə də biz bu istiqamətdə işi dayandırmayacağıq", - o qeyd edib.

Vens diqqətə çatdırıb ki, Tehran tərəfindən Vaşinqtonla razılaşma şərtlərinin real şəkildə yerinə yetirilməsi onun nəticəliliyinin əsas göstəricilərindən biri olacaq.