Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq.
“İki sahil” xəbər verir ki, bu barədə İranın Hörmüz boğazında gəmiçiliyi tənzimləmək məqsədilə təsis etdiyi Fars Körfəzi Boğazı İdarəsi məlumat yayıb.
"Bölgədə Amerika silahlı qüvvələrinin yaratdığı gərginlik və İran ordusunun ötən gecəki bəyanatı ilə əlaqədar olaraq Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq", - məlumatda bildirilib.
Keçid icazəsi almış şəxslərin PGSA-dan növbəti göstərişləri gözləməli olduqları əlavə olunub.