09 iyun 2026 14:17
148

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

“Sabah”ın futbolçusu Xəyal Əliyev Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb.

“İki sahil” xəbər verir ki,  AFFA-dan verilən məlumata görə, Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə zədələnən yarımmüdafiəçi müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.

Qeyd edək ki, Azərbaycan – Malta görüşü rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.