Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur.
“İki sahil” xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Səhiyyə Nazirliyinin rəsmisi Aynurə Zeynalova deyib.
O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində bəhs olunan qadağalar təhsillə bağlı platformalara aid deyil: "Qadağalar “TikTok”, “İnstagram” və digər sosial şəbəkələrdə aiddir. Belə platformalarda uşaqların intihara, terrorizmə, kiberbullinqə məruzqalma ehtimalı daha çoxdur".
Uşaqlara düzgün sual verməyi öyrətsək, dərslikləri süni intellekt əvəzləyə biləcək - Nazir
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub - YENİLƏNİB/FOTO