10 iyun 2026 18:24
105

Polşa Seymi daxili işlər naziri Kervinskiyə etimadsızlığı dəstəkləməyib

Polşa Seymi daxili işlər naziri Marçin Kervinskiyə etimadsızlıq votumu təklifini dəstəkləməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Kervinskinin istefaya göndərilməsinin lehinə 202, əleyhinə 232 deputat səs verib, bir nəfər bitərəf qalıb.

Daxili işlər nazirinə etimadsızlıq votumu təklifi müxalif "Qanun və Ədalət" partiyasının deputatları tərəfindən təqdim edilib.

Müxalifətin fikrincə, M.Kervinski daxili təhlükəsizlik, xidmətlərin fəaliyyəti və sərhədlərdəki vəziyyətlə bağlı bir sıra problemlərə görə siyasi məsuliyyət daşıyır.