ABŞ və İran arasında aparılan danışıqlar hərbi zərbələrin yenidən başlamasına baxmayaraq davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl ABŞ və İran arasında baş vermiş qarşılıqlı zərbələr diplomatik səyləri çətinləşdirmək təhlükəsi yaratsa da, tərəflər danışıqları dayandırmayıblar.
“ABŞ və İran arasında baş verən qarşılıqlı zərbələr diplomatik prosesə mənfi təsir göstərə bilsə də, danışıqlar davam edir”, — deyə xəbərdə bildirilir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trump bəyan etmişdi ki, Amerika ordusu İrana qarşı son hücum dalğası zamanı 49 ədəd Tomahawk raketi buraxıb.