11 iyun 2026 16:04
110

Ermənistanda Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı bildiriş almayıb

Ermənistana Rusiyadan təbii qaz tədarükü normal qaydada davam edir və qazın qiymətinin dəyişdirilməsi ilə bağlı rəsmi bildiriş daxil olmayıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Khudatyan jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, qaz təchizatı və qiymətlərlə bağlı vəziyyətdə heç bir yeni dəyişiklik yoxdur.

“Qaz tədarükü və qiymətləri ilə bağlı hər hansı yeni inkişaf yoxdur. Biz "Gazprom"dakı həmkarlarımızla intensiv və çox yaxşı əməkdaşlıq edirik. Heç bir dəyişiklik yoxdur. Qazı mövcud qrafik və qüvvədə olan qiymətlərlə alırıq”, - deyə Xudatyan qeyd edib.

O bildirib ki, Rusiyadan alınan qazın tarifi tərəflər arasında imzalanmış sazişlə müəyyən edilib və həmin razılaşma 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinədək qüvvədədir. Jurnalistlərin Rusiyanın gələcəkdə qazın qiymətini artırıb-artırmayacağı ilə bağlı sualına cavab verən nazir bunun mümkün olduğunu, lakin hazırda belə bir qərarla bağlı rəsmi məlumatın olmadığını vurğulayıb.