11 iyun 2026 16:22
114

CENTCOM Oman sahilləri yaxınlığında tankerin ABŞ tərəfindən sıradan çıxarıldığını təsdiqləyib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmilərinin verdiyi məlumata görə, ABŞ qüvvələri Oman sahillərində Jalveer tankerini sıradan çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ABŞ hərbçiləri İranın tətbiq etdiyi blokadanı pozaraq İran neftini daşımağa cəhd göstərən tankeri hədəfə alıblar.

“ABŞ hərbçiləri İran neftini daşımaq məqsədilə Oman körfəzi vasitəsilə hərəkət etməyə çalışan neft tankerini sıradan çıxarıblar”, — deyə məlumatda qeyd olunur.

Amerika tərəfinin iddiasına görə, tanker Qvineya-Bissau bayrağı altında üzürmüş və İran mənşəli nefti daşımağa çalışıb.

CENTCOM-un məlumatına əsasən, gəmi heyəti ABŞ Silahlı Qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara və tələblərə məhəl qoymayıb. Bundan sonra ABŞ hərbi təyyarəsi tankerin maşın şöbəsinə iki ədəd AGM-114 Hellfire raketi atıb.

Açıqlamada bildirilir ki, zərbənin məqsədi gəmini batırmaq deyil, onun hərəkət qabiliyyətini məhdudlaşdırmaq olub.