Cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. “İki sahil” xəbər verir ki, onlardan: 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.
Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.
Bütün məzunlarımızı təbrik edir, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayırıq.