13 iyun 2026 10:38
88

Azərbaycanın voleybol milliləri Avropa Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar

Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.

“İki sahil” xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.

İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.

Kişilərdən ibarət kollektiv isə İspaniya seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. Rumıniyadakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.