14 iyun 2026 17:29
96

ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq

Somalili hakim Ömər Əbdülqadir Arta­na DÇ-2026 üçün ABŞ-a girişə icazə verilməməsinə baxmayaraq, turnirdəki iştirakına görə nəzərdə tutulan tam qonorar ödəniləcək.

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hakim ABŞ-a girişlə bağlı yaranmış problemlər səbəbindən mundial oyunlarında çalışa bilməsə də, FİFA onun turnir üçün nəzərdə tutulmuş maliyyə təminatını tam şəkildə ödəmək qərarına gəlib. Bu addımın hakimin yaranmış vəziyyətə görə məsuliyyət daşımaması ilə əlaqədar atıldığı qeyd olunub.

Daha əvvəl Arta­nın ABŞ-a daxil olmasına icazə verilmədiyi və bu səbəbdən dünya çempionatındakı vəzifələrini yerinə yetirə bilməyəcəyi bildirilmişdi. FİFA isə məsələ ilə bağlı hakimin maliyyə hüquqlarının qorunacağını təsdiqləyib. Hakimlər mundialdakı qazancının dəqiq məbləği hələlik bilinmir. Çünki ödənişlər turnir bitdikdən sonra edilir.

Afrika Futbol Konfederasiyasının (CAF) tərəfindən qitənin ən yaxşı hakimi seçilən Artan 12 avqustda Avstriyanın Zalsburq şəhərində PSJ və "Aston Villa" arasında keçiriləcək UEFA Superkuboku matçınını idarə edəcək.