14 iyun 2026 21:44
93

"Şamaxı" yeni transferini açıqladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“İki sahil” xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni transfer edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan U-21 millisinin üzvü növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.

Ceyhun Bağırzadənin son komandası isə "Qəbələ-2" olub.

Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax") Uğur Cahangirovu ("Karvan-Yevlax") kluba cəlb edib.