15 iyun 2026 01:46
83

Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular

Almaniya millisi dünya çempionatları tarixinə düşüb.

“İki sahil” xarici KİV-lərə istinadən xəbər verir ki, DÇ-2026-nın E qrupunun ilk turunda Kürasaonu 7:1 hesabı ilə məğlub edən Almaniya yığması yeni rekord müəyyənləşdirib.

Bu qarşılaşmadan sonra almanlar dünya çempionatlarının final mərhələlərində vurduqları qolların sayını 239-a çatdırıblar. Bununla da onlar uzun illər rekordun sahibi olan Braziliya millisini (238 qol) geridə qoyublar.

Beləliklə, Almaniya mundiallar tarixində ən çox qol vuran milli komanda olub.