Rusiyanın dəniz yolu ilə xam neft ixracının tempi ilin əvvəlindən bəri ən yüksək göstəriciyə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatə "Bloomberg" agentliyi yayıb.
Tankerlərin hərəkətinə dair analitik məlumatlarına əsasən, iyunun 14-nə qədər olan dörd həftəlik dövrdə orta sutkalıq daşınma 3,83 milyon barrel təşkil edib.
Məlumata görə, 2026-cı ilin əvvəlindən bəri neft ixracının orta sutkalıq göstəricisi 3,49 milyon barrel olub. Agentlik qeyd edir ki, bu rəqəm 2022-ci ildən sonrakı bütün illik göstəricilərdən yüksəkdir. Son dörd həftənin orta sutkalıq yükləmələri birinci rübün göstəricilərini təxminən 430 min barrel üstələyir. Aprel ayından bəri dənizdə olan Rusiya neftinin ümumi həcmi isə 25% artaraq 120 milyon barreli keçib. "Bloomberg" vurğulayır ki, bu həcmin demək olar ki, hamısı lövbərdə dayanan deyil, birbaşa hərəkətdə olan tankerlərin payına düşür.
Yalnız 8-14 iyun tarixlərini əhatə edən həftə ərzində 36 tankerə 26,72 milyon barrel Rusiya nefti yüklənib. Ötən həftə isə bu göstərici 37 gəmi vasitəsilə 27,24 milyon barrel təşkil etmişdi.
"Bloomberg"in analitiklərinin fikrincə, qiymətlərin enməsinə Yaxın Şərqdəki münaqişənin nizamlanması məqsədilə ABŞ və İran arasında mümkün razılaşma gözləntiləri təsir göstərib.