03 iyul 2026 15:37
106

Klopp Almaniya millisini çalışdırmağa razılıq verib

Yurgen Klopp futbol üzrə Almaniya millisinin baş məşqçisi olmağa razılıq verib.

“İki sahil” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, almaniyalı mütəxəssis yığmanı çalışdırmaq təklifini qəbul edib. Hazırda tərəflər müqavilənin son detallarını müzakirə edirlər. Razılaşma rəsmiləşdirildikdən sonra Kloppun müqaviləyə imza atacağı gözlənilir.

Bildirilib ki, 59 yaşlı çalışdırıcı bu vəzifədə Yulian Naqelsmanı əvəzləyəcək.

Qeyd edək ki, Almaniya millisi dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olduqdan sonra Yulian Naqelsman baş məşqçi postundan ayrılıb.