05 iyul 2026 12:36
114

Həkəri çayında batan şəxsin axtarışları aparılır

Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində bir nəfər batıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarışlara başlayıblar.

Hazırda 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl ilkin məlumat əsasında meyitin tapıldığı bildirilmişdi.