07 iyul 2026 10:54
81

Slovakiya rusiyalı turistlərə Şengen vizalarının verilməsini dayandırdı

Slovakiyanın Rusiyadakı Viza Mərkəzi idman məqsədli səfərlər istisna olmaqla, digər bütün əsaslar üzrə Şengen vizası üçün müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırdığını elan edib.

“İki sahil” xəbər verir ki, Rusiya Tuoperatorları Assosiasiyasının (ATOR) mətbuat xidmətindən verilən məlumata görə, bu məhdudiyyətlər iyul və avqust ayları ərzində qüvvədə olacaq.

Viza mərkəzi sənəd təqdim etmək üçün daha əvvəl qeydiyyatdan keçmiş şəxslərin növbələrini (görüş vaxtlarını) ləğv edir. Ödənilmiş xidmət haqları 7 gündən 15 günədək müddətdə avtomatik olaraq müraciətçilərin bank kartlarına geri qaytarılacaq. Bununla belə, vətəndaşlar ehtiyac yaranarsa, Slovakiyanın milli vizası üçün müraciət edə biləcəklər.