07 iyul 2026 21:00
42

Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü fəxri kürsüyə qalxıb. Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana “tuş”la qalib gələrək Avropa çempionu olub. Cavidan Nehmətov (77 kq) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb. Museyi-Kazım Hüseyn (130 kq) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.