08 iyul 2026 11:50
90

Estoniya Ukraynadan PUA və hərbi texnologiyaların alınmasına dair müqavilə imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski və Estoniyanın Baş naziri Kristen Mixal pilotsuz sistemlər sahəsində müdafiə əməkdaşlığına dair rəsmi müqavilə imzalayıblar. İmzalama mərasimi Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunmuş müdafiə forumu çərçivəsində baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə "Euronews" telekanali məlumat yayıb.

Telekanalın təhlilinə görə, avropalı müttəfiqlər rəsmi Kiyevin meydandakı real döyüş təcrübəsindən daha aktiv şəkildə istifadə etməyə can atırlar. Yeni imzalanmış saziş hər iki ölkənin müdafiə sənayesi sahələri arasında tərəfdaşlığı daha da dərinləşdirməlidir. Müqavilənin şərtlərinə əsasən, Estoniya rəsmi Ukraynada layihələndirilmiş və sınaqdan keçmiş pilotsuz uçuş aparatlarını (PUA) və digər qabaqcıl hərbi texnologiyaları birbaşa satın almaq hüququ əldə edəcək.

Estoniyanın Baş naziri Kristen Mixal hərbi büdcənin səmərəli xərclənməsinin vacibliyini vurğulayaraq bildirib: "Estoniya üçün xərclənən hər bir avrodan maksimum dərəcədə yüksək döyüş potensialı əldə etmək son dərəcə önəmlidir və biz imkan daxilində yerli istehsala üstünlük veririk".