09 iyul 2026 00:30
73

Vuçiç: Parlament və prezident seçkilərinin vaxtı avqust, ya da sentyabrda açıqlanacaq

Serbiyada seçkilər ya oktyabr, ya da noyabrda keçiriləcək, böyük ehtimalla əvvəlcə parlament, sonra prezident seçkiləri olacaq.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

"Sonuncu dəfə də bunu tələb edirdilər, həmişə tələb edir, təkid edirlər. Mən həm müxalifət partiyalarının, həm də bütün digər tərəflərin müraciətlərinə hörmətlə yanaşıram ki, bunlar ayrı-ayrı seçkilər olsun. Beləliklə, onların daha çox imkanları olacaq və insanlar qərarlarını fərqli şəkildə verə biləcəklər", - A.Vuçiç parlament və prezident seçkilərinin eyni vaxtda keçirilib-keçirilməyəcəyi ilə barədə məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, çox güman ki, avqust və ya sentyabrda seçkilərin vaxtının elan edilməsi ilə bağlı qərar qəbul olunacaq:

"Beləliklə, seçkilər ya oktyabrda, ya da noyabrda keçirilə bilər. Böyük ehtimalla əvvəlcə parlament seçkiləri, daha sonra isə prezident seçkiləri olacaq. Bu qədər".