09 iyul 2026 13:24
93

Bakıda 4 avtomobili talayan şəxs saxlanılıb

Sumqayıt şəhəri, Abşeron və Binəqədi rayonlarında 4 avtomobildən pul və mobil telefon oğurlanıb.

“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən Q.Kərimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhəri ərazisində başqa bir şəxsə məxsus avtomobilə ziyan vurduğu da müəyyən olunub. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə heroin də aşkar edilərək götürülüb. 

Araşdırmalar davam etdirilir.