09 iyul 2026 13:25
103

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarını bakalavriat səviyyəsində 16 qrup, 11 ixtisas ("Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", “Biologiya müəllimliyi”, "Biotexnologiya",“Coğrafiya müəllimliyi”, “Fizika müəllimliyi”, “Hüquqşünaslıq”, “Kimya müəllimliyi”, “Psixologiya”, “Kompüter elmləri”, “Riyaziyyat müəllimliyi”, “Tarix müəllimliyi”) üzrə 398, magistratura səviyyəsində isə 8 qrup, 8 ixtisaslaşma (“Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Jurnalistika”, “Kimyəvi kinetika və kataliz”, “Kompüter elmləri və texnologiyaları”, “Molekulyar biologiya”, “Nanohissəciklər fizikası”, “Optimallaşdırma və optimal idarəetmə”) üzrə 94 məzun bitirir.
“İki sahil” xəbər verir ki, Azərbaycanın 13 ali təhsil müəssisəsindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Cari tədris ilində BDU-nun SABAH qruplarında bakalavriat səviyyəsi üzrə 561, magistratura səviyyəsi üzrə isə 103 tələbə təhsil alıb.
Ümumilikdə son 10 ildə BDU-nun SABAH qruplarından 2625 tələbə məzun olub.
Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.