09 iyul 2026 16:02
82

Təhlükəsizlik tədbirləri davam etdirilir

Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində intensiv yağan yağışlar nəticəsində su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.

“İki sahil” xəbər verir ki, əməliyyatlara FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.