10 iyul 2026 08:02
81

Məşhəddə terror aktı törədilib

İranın Məşhəd şəhərində naməlum şəxslər "Bəsic" üzvlərinə atəş açıb, iki nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşiçiləri Korpusu (SEPAH) "Telegram" kanalında yayıb.

"Atəş səsləri həmçinin ziyarətgah ərazisində də eşidilib", - məlumatda bildirilib və əlavə edilib ki, atışma Fakuri bulvarında baş verib.

Qeyd olunub ki, hərbi geyimli iki naməlum şəxs tapançadan istifadə edərək "Bəsic" dəstəsinin bir qrup üzvünə atəş açıb: "Nəticədə onlardan biri hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib.

Hücum edənlər gizləniblər. Təhlükəsizlik qüvvələri bu terror aktında günahkar olanların müəyyən edilməsi və saxlanılması istiqamətində səylərini davam etdirirlər".

Xatırladaq ki, İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi Məşhəddə başa çatıb. Onun cənazəsi İmam Rza məqbərəsində torpağa tapşırılıb.