Çexiya ərazisində 5,5 maqnituda gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) rəsmi məlumat yayıb.
Mərkəzin verdiyi statistik məlumatlara görə, yeraltı təkanlar Ümumdünya Koordinasiyalı Vaxtla (UTC) saat 16:00-da (Bakı vaxtı ilə saat 20:00-da) qeydə alınıb. Zəlzələnin ocağı isə yerin 10 km dərinliyində yerləşib.
Baş verən təbii fəlakət nəticəsində qeydə alına biləcək mümkün dağıntılar və ya xəsarət alanlar barədə hələlik hər hansı bir rəsmi məlumat daxil olmayıb.