10 iyul 2026 12:24
80

FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində birgə təlim keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Təlim 10 iyul, saat 12:00 radələrində başlayacaq.

Təlimə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.