25 iyul 2026 11:25
107

"Əl-Hilal" 64 milyon avroluq transfer edib

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kluba "Vest Hem"dən Krisensio Sammervill transfer olunub.

Ərəblər niderlandlı vinger üçün İngiltərə klubuna 64 milyon avro təzminat ödəyiblər. 24 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Krisensio Sammervill 2025/26 mövsümündə "Vest Hem"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.