30 iyul 2026 11:45
102

Küveyt MN İranın Çin şirkətinə hücumu zamanı insan tələfatı barədə bəyanat verib

İranın Küveytin şimalında yerləşən Çin şirkətinə məxsus obyektə endirdiyi zərbə nəticəsində azı bir nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı əmirliyin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Saud əl-Atvan açıqlayıb.

Nazirlik rəsmisinin bildirdiyinə görə, İran ölkənin şimalında fəaliyyət göstərən Çin şirkətlərindən birinin binasına hücum edib. Zərbə nəticəsində bir işçi həyatını itirib, obyektdə isə «ciddi maddi ziyan» meydana gəlib.

Polkovnik əl-Atvan əlavə edib ki, aidiyyəti qurumlar hücumun fəsadlarının aradan qaldırılması istiqamətində dərhal işlərə başlayıblar.