30 iyul 2026 11:34
126

“Yay məktəbi”nin iştirakçıları deputat Hikmət Babaoğlu və yazıçı Elxan Elatlı ilə görüşüb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gənclərinin və könüllülərinin birgə “Yay məktəbi”nin iştirakçılarının Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu ilə görüşü keçirilib.

Görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov “Yay məktəbi” layihəsi haqqında məlumat verib.

Gündəm mövzuları barədə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu müasir çağırışlar və tendensiyalar haqqında danışıb, gənclərin qarşısında duran əsas vəzifələrdən bəhs edib. Bildirib ki, bu gün bəşəriyyət tarixinin ən sürətli texnoloji dəyişikliklərindən birini yaşayırıq. Süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günün reallığıdır. O, təhsildən səhiyyəyə, biznesdən kənd təsərrüfatına, dövlət idarəçiliyindən gündəlik həyatımıza qədər hər sahədə öz təsirini göstərir. Belə bir dövrdə gənclərin üzərinə düşən məsuliyyət əvvəlki nəsillərlə müqayisədə daha böyükdür.

Sonra gənclərin sualları cavablandırılıb, müxtəlif istiqamətli maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparılıb.

Görüşdən sonra “Yay məktəbi”nin iştirakçıları SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti ilə tanış olublar. Qeyd olunub ki, 1953-cü ildə yaradılmış Neft Emalı Zavodu modernizasiya proseslərindən sonra illik emal gücü indiki 7.5 milyon tona qədər çatdırılıb. Eləcə də istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri "Avro-5" standartına cavab verir. Həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Aİ-92/95/98 benzin markalarının istehsalı təmin edilib.

Daha sonra “Yay məktəbi”nin iştirakçılarının Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə görüşü olub.

Görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Elxan Elatlının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Çıxış edən Elxan Elatlı tədbirin təşkilinə görə təşəkkürünü bildirib, yaradıcılıq planları və üzərində işlədiyi yeni əsərlər barədə geniş məlumat verib, gənclərin qarşısında duran mühüm vəzifələrdən söz açıb.

E.Elatlı əsərləri və qəhrəmanlarının prototipləri haqqında da məlumat verib, gənclərin suallarını cavablandırıb, onların gətirdiyi kitabları imzalayıb və xatirə şəkilləri çəkdirib.