ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentininbirgə hesabatında bildirilir ki, Ukraynada zədələnmiş elektrik yarımstansiyalarının böyük hissəsinin bərpası üçün ən azı altı ay vaxt tələb olunacaq. Yüksək gücə malik iri elektrik stansiyalarının təmiri isə bir ilə qədər çəkə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ Konqresinə təqdim olunan sənəd 1 aprel – 30 iyun dövrünü əhatə edir. Hesabatda vurğulanır ki, bərpa müddəti infrastruktura dəyəcək yeni zədələrin miqyasından və tərəfdaşlar tərəfindən çatdırılan avadanlıqların həcmindən asılı olacaq.
Sənəddə zədələnmiş konkret obyektlər barədə təfərrüat verilmir.
Hesabata əsasən, ABŞ Dövlət Departamenti Ukraynada ümumi dəyəri 1 milyard dollar olan 12 energetika proqramı həyata keçirib. Qeyd olunur ki, 2026-cı ilin iyun ayına olan məlumata görə, ölkədə ümumilikdə 115 qeyri-hərbi yardım proqramı fəaliyyət göstərir. Dövlət Departamentinin 3,5 milyard dollar dəyərindəki proqramlarının 65%-dən çoxu humanitar yardıma və energetika sektorunun dəstəklənməsinə yönəldilib.