Bu gün Misli Premyer Liqasının 2-cu turu çərçivəsində “Zirə” “İmişli”ni sınağa çəkib. “İki sahil”in məlumatına görə, saat 20:45-də start götürən qarşılaşmanın 43-cü dəqiqəsində Eren Aydın hesabı açıb. 80-ci dəqiqədə Ruan Renato “qartalların” üstünlüyünü iki qola yüksəldib. 82-ci dəqiqədə Dioqo Almeyda buraxılan qollardan birinin əvəzini çıxsa da 90+6-cı dəqiqədə yarışın sonuncu qolunu vuran David Volkov “Zirə”nin 3-1 hesablı qələbəsini təmin edib.
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb. Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası:
II tur
22 avqust (şənbə)
20:45. “Zirə” 3–1 “İmişli”
Qol: Eren Aydın, 43 (1-0), Ruan Renato, 80 (2-0), Dioqo Almeyda, 82 (2-1), David Volkov, 90+6 (3-1)
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”