22 avqust 2026 23:14
133

"Axios": Şənbə gecəsi Hörmüz boğazından 16 milyon barel neft daşınıb

Şənbə gününə keçən gecə ərzində cənub marşrutu ilə hər iki istiqamətdə 40-a qədər tanker Hörmüz boğazından keçə bilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid "X" sosial şəbəkəsində ABŞ rəsmilərinə istinadən yazıb.

Onun sözlərinə görə, gəmilər təxminən 16 milyon barel neft daşıyıb.

"Hörmüz boğazından təxminən 40 tanker keçib və cənub marşrutu ilə çıxıb. Bu gəmilər təxminən 16 milyon barel neft daşıyıb", - paylaşımda deyilir.

Daha əvvəl bildirilib ki, ABŞ Hörmüz boğazı vasitəsilə gizli gəmiçilik dəhlizi yaradıb və hər gecə təxminən 15-20 tanker dəhlizdən keçir. Məlumata görə, ixrac edilən neftin gündəlik ümumi həcmi təxminən 10 milyon barelə çatır ki, bu da müharibədən əvvəlki səviyyənin təxminən yarısıdır.