22 avqust 2026 23:49
135

Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər

Avstriya, Almaniya, İspaniya, Polşa və Portuqaliya ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonra neft qiymətlərinin kəskin şəkildə artımı səbəbindən artan mənfəət fonunda neft şirkətlərinə xüsusi vergi tətbiqini təklif ediblər.

“İki sahil”in AFP-yə istinadən məlumatına görə, beş ölkənin iqtisadiyyat və maliyyə nazirləri Aİ-yə sədrlik edən İrlandiyanın maliyyə nazirinə məktub göndəriblər.

Onlar bu məsələni sentyabrda Dublində keçirilməsi planlaşdırılan Aİ nazirlər görüşünün gündəliyinə daxil olunmasını təklif edirlər.

"Neft şirkətləri qlobal miqyasda yüksək ümumi gəlirliliyə malikdirlər və xam neft qiymətlərinin artımını üstələyən neft məhsullarının satışından mənfəət əldə edirlər", - mətndə deyilir.

Nazirlər iddia edirlər ki, Aİ hazırda onilliklər ərzində ən ağır təchizat böhranlarından birini yaşayır və həyat xərclərinin artmasından narazılıq dünya miqyasında artır. Buna görə də, onlar neft şirkətlərinə əlavə rüsumların tətbiq olunmasını nəzərdən keçirməyi təklif edirlər.