24 avqust 2026 12:15
100

Çin İranla bağlı sanksiyalara qarşı cavab tədbirlər həyata keçirəcək

Çin ABŞ-nin İranla əməkdaşlığa görə Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szian bildirib.

"Sanksiyalar və təzyiqlər problemin həllinə imkan vermir. Onlar yalnız gərginliyi artırır və heç bir tərəfin maraqlarına cavab vermir", — deyə o, Vaşinqtonun bu barədə hədələrini brifinqdə şərh edərkən vurğulayıb. — "Çin müvafiq hadisələri diqqətlə izləyəcək və öz qanuni hüquq və mənafelərini qorumaq üçün zəruri tədbirlər görəcək".

Rəsmi nümayəndənin dəqiqləşdirdiyinə görə, mövcud vəziyyətdə bütün maraqlı tərəflər təmkinlik nümayiş etdirməli, ziddiyyətləri və münaqişələri daha da kəskinləşdirə biləcək addımlardan çəkinməlidirlər. Lin Szian qeyd edib ki, birtərəfli tədbirlər qlobal iqtisadi inkişafa və maliyyə sabitliyinə zərər vura bilər.

"Mümkün qədər tez bir zamanda dialoq, danışıqlar və siyasi tənzimləmənin doğru yoluna qayıtmaq lazımdır", — deyə o əlavə edib.