28 avqust 2026 18:52
108

Nikoldan sərrast atış və bir daşla iki quş…

Koçaryanla Sakisyanın cinayət məsuliyyətinə cəlb edilməsi  daha çox nəyə hesablanıb?

Hazırda Ermənistanda  mürəkkəb proseslər baş verir. Belə ki, avqustun 25-də Ermənistanın hüquq- mühafizə oqqanları tərəfindən bu ölkənin sabiq prezidenti Robert Koçaryan və böyük oğlu Sedrak saxlanılıb. Robert Koçarryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvətxorluq ittihamları irəli sürülüb. Eyni zamanda, Ermənistanın digər keçmiş prezidenti Serjik Sarkisyan haqqında cinayət işi başladılıb. Ona da eyni maddələrlə ittiham irəli sürülüb.

Burada diqqətçəkən məqam odur ki, bu ölkənin Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına Robert Köçəryanın və üçüncü prezident Serj Sarkisyanın əmlakını müsadirə etməyi tapşırıb. O, ötən günlərdə parlamentdəki çıxışında Robert Koçaryanın deputat oğluna xitabən  təxminən belə deyib ki, biz imkan verməyəcəyik ki, atanızın taladığı pullarla onların balaları və nəvələri kef etsinlər.

Əslində, bu məsələlərdə  korrupsiya halları öndə olsa da, Nikol Paşinyan üçün qrşıda digər hədəflər də var. Belə ki, hazırda Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün mümkün maneələr Ermənistandakı revanşist qüvvələrdir. Yəni,  bu  qüvvələri aradan götürməklə  Ermənistanda planlaşdırılan referendumun keçirilməsinə ciddi hazırlığa  başlanmış olunur. Bununla  da Nikol Paşinyan bu daşla iki quş vurmuş olur. Həm bəyan etdiyi kimi, keçmiş qatil və korrupsioner prezidentlərin taladıqları 2 milyard dolları geri qaytarmağa çalışır, həm də gələcək sülhyönümlü fəaliyyəti üçün sərbəstlik istəyir. Artıq keçmiş prezidentlərin mal və mülklərinin dövlət heasbana müsadirəsi nəzərdən keçirilir.

Xatıladaq ki, biz hələ bu ilin 7 iyununda Ermənistandakı seçki kampaniyası ərəfəsində  tərəflərin bir-birinə qarşı olduqca sərt ittihamlarına şahidlik etmişdik. Nikol hələ o zaman öz rəqibləri Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Tsarukyanı «üçbaşlı müharibə partiyası» adlandıraraq onlarla seçkidən sonra hesablaşacağını bildirmişdi.

Görünən odur ki, Paşinyan bu fəaliyyətində çox qətiyyətlidir.  Hətta  keçmiş prezidentlərin həbsinə dair sanksiyalar Rusiyanı narazı salsa da o, bundan çəkinmir. Əslində, bu hadisələr həm də Ermənistandakı  Rusiyayönümlü qüvvələrə də ağır zərbədir. Ona görə də artıq  Rusiya rəsmiləri bu barədə öz narahatlıqlarını biruzə verməyə başlayıblar. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: « Moskva Ermənistanın daxili işlərinə müdaxilə etmir, lakin ölkədə baş verən hadisələrə də biganə qala bilməz.»

Zaxarova vurğulayıb ki, Rusiya Ermənistanı qardaş ölkə hesab edir və iki dövlətin xalqlarını çoxəsrlik münasibətlər birləşdirir. Bununla belə, diplomat  hesab edir ki, hazırda Ermənistanda Rusiya ilə müttəfiqlik münasibətlərinin tərəfdarı olan «qüvvə və şəxslərə qarşı repressiyaların» davam edir. O, həmçinin qeyd edib ki, «bu cür addımlar Ermənistan cəmiyyətinin Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi tələbinə ziddir və güc strukturlarının fəaliyyətinin siyasiləşdirildiyinə işarədir.»

Sözçünün  sözlərinə görə, «Rusiyayönümlü mövqedə olan siyasətçilərə və ictimai xadimlərə təzyiqin gücləndirilməsi  İrəvanın Moskva ilə münasibətlərin pisləşdirilməsi istiqamətində heç bir addım atılmadığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir».

Elçin Zaman, "İki sahil"