“İmişli” yay transfer dövründə heyətini daha bir futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“İmişli” Anqoladan olan Françisko Morais Dekonu transfer edib. Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Dekonun karyerasında Anqolanın “Petro Luanda U-19”, Portuqaliyanın “Casterense” və “Alverka B” komandalarında çıxış edib. O, son olaraq “Alverka B”nin formasını geyinib.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO