28 avqust 2026 23:23
137

Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika XİN-ə təqdim edib

Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Pyer Kartuvelsə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə M. Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün mən Etimadnaməmin surətini Belçika Krallığının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi, səfir Pyer Kartuvelsə təqdim etdim. Səmimi qəbula və məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Azərbaycan və Belçika arasında əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm", - paylaşımda bildirilib.

Xatırladaq ki, M. Əhmədzadə avqustun 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.