3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəyə başlayır.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda mübarizə aparacaq.
"Ağ-qaralar" ilk olaraq Yaponiya yığması ilə, daha sonra yerli "Takasaki" klubu ilə üz-üzə gələcək.
Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər.
Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, "Neftçi SOCAR" 612 xalla üçüncü yerdədir.