29 avqust 2026 12:12
95

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

Avqustun 28-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silah, 6 tüfəng, 2 patron darağı və 69 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.