29 avqust 2026 15:07
98

Tramp: ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqton və Venesuela arasında dünya tarixindəki ən irimiqyaslı neft müqaviləsinin imzalandığını bəyan edib.

“İki sahil” xəbər verir ki, Tramp "Truth Social" platformasında etdiyi paylaşımda vurğulayıb:

"Amerika Birləşmiş Ştatları qısa müddət əvvəl Venesuela dövləti ilə dünya tarixindəki ən böyük neft razılaşmasını əldə etdi".

Dövlət başçısının sözlərinə əsasən, Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Venesuelanın keçid dövrü prezidenti Delsi Rodriges və özəl sektorun ortaq səyləri nəticəsində "amerikalı vergiödəyicilərin heç bir vəsaiti xərclənmədən" 65 milyard bareldən çox təsdiqlənmiş Venesuela neft ehtiyatı ABŞ-nin tam nəzarətinə keçib.

"Bu tarixi müqavilə ABŞ-nin neft ehtiyatlarını ikiqat artırmaqla yanaşı, tədarük həcmini ciddi şəkildə yüksəldəcək və bütün amerikalılar üçün uzun illər boyu benzin qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olacaq. Bununla yanaşı, atılan bu addım Venesuelanın böyük inkişaf və tərəqqi yolunda irəliləməsinə dəstək verəcək", - deyə vurğulayan ABŞ rəhbəri əlavə edib ki, razılaşma iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək.

Daha sonra ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib ki, Venesuelanın ABŞ ilə neft müqaviləsi bu Cənubi Amerika ölkəsinin əhalisinə təxminən 100 milyard dollar qazandıracaq.

Onun sözlərinə görə, razılaşma ABŞ-nin neft ehtiyatlarını ikiqat artırmasına, bazara çıxarılan neft təklifini çoxaltmasına və uzunmüddətli perspektivdə amerikalılar üçün benzinin qiymətini ucuzlaşdırmağa şərait yaradacaq.

Rubio əlavə edib ki, saziş həm amerikalılar, həm də venesuelalılar üçün "nəhəng qələbə" hesab olunur.