29 avqust 2026 17:45
110

“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu

UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Türkiyəni təmsil edəcək “Qalatasaray” və “Fənərbaxça”nın liqa mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

“İki sahil” xəbər verir ki, hər iki İstanbul klubu liqa mərhələsində 8 oyun keçirəcək.

“Qalatasaray”ın oyunlarının təqvimi

1-ci tur, 9 sentyabr

"Sportinq" (Portuqaliya) - "Qalatasaray"

2-ci tur, 13 oktyabr

"Qalatasaray" - "Barselona" (İspaniya)

3-cü tur, 21 oktyabr

"Lill" (Fransa) - "Qalatasaray"

4-cü tur, 3 noyabr

"Qalatasaray" - "Ştutqart" (Almaniya)

5-ci tur, 24 noyabr

"Qalatasaray" - "Aston Villa" (İngiltərə)

6-cı tur, 8 dekabr

AEK (Yunanıstan) - "Qalatasaray"

7-ci tur, 19 yanvar

"Qalatasaray" - "Feyenoord" (Niderland)

8-ci tur, 27 yanvar

PSJ (Fransa) - "Qalatasaray"

“Fənərbaxça”nın oyunlarının təqvimi

1-ci tur, 10 sentyabr

"Fənərbaxça" - "Roma" (İtaliya)

2-ci tur, 14 oktyabr

"Aston Villa" (İngiltərə) - "Fənərbaxça"

3-cü tur, 20 oktyabr

"Fənərbaxça" - "Slaviya" (Çexiya)

4-cü tur, 4 noyabr

"Fənərbaxça" - "Liverpul" (İngiltərə)

5-ci tur, 25 noyabr

"Şaxtyor" (Ukrayna) - "Fənərbaxça"

6-cı tur, 9 dekabr

LASK (Avstriya) - "Fənərbaxça"

7-ci tur, 20 yanvar

"Fənərbaxça" - "Vilyarreal" (İspaniya)

8-ci tur, 27 yanvar

"Atletiko" (Madrid, İspaniya) - "Fənərbaxça"

Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır. Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.