Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Mercedes" markalı avtomobilin aşması nəticəsində 5 nəfər; Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov xəsarət alıblar.
Yaralılar əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncəyə şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.
"Report"