30 avqust 2026 15:04
115

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

Rusiya Federasiyasının Dağıstan muxtar respublikasının üç rayonunun 24 yaşayış məntəqəsində, eləcə də qismən İzberbaş şəhərində elektrik enerjisi kəsilib.

“İki sahil”in Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə bazar günü Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin Mətbuat xidməti xəbər verib.

"Elektrik enerjisi kəsintiləri üç rayonda və qismən İzberbaş şəhərində qeydə alınıb. Enerjinin kəsintisi Unsukulski, Xunzaxski və Tsumadinski rayonlarının 24 yaşayış məntəqəsinə, eləcə də 32 904 nəfər əhalisi olan bir şəhər rayonuna təsir edib", - açıqlamada bildirilir.

Fəsadların aradan qaldırılması üçün 15 mütəxəssis və beş texnikanın cəlb olunduğu bildirilir. İstehlakçılara axşama qədər elektrik enerjisinin verilişinin bərpa olunacağı planlaşdırılır.