Misli Premyer Liqasının 3-turunda "Neftçi" "Zirə"nin qonağı olub.
“İki sahil”in məlumatına görə, yarışda yeganə qolu 45+3-cü dəqiqədə “Zirə”nin kapitanı Qismət Alıyev vurub.
Bununla da “qatrallar” meydanı qalib tərk ediblər.
Misli Premyer Liqası,
3-cü tur
30 avqust
20:15. “Zirə” 1–0 “Neftçi”
Qol: Qismət Alıyev, 45+3
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Zirə İK stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”