İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.
“İki sahil” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bidirilib ki, arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.
Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.