30 avqust 2026 23:40
62

3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi

Niderlandlı futbolçu Perr Sxürs uzunmüddətli zədə səbəbindən təxminən 3 ildən sonra yenidən meydana çıxıb.

“İki sahil” xəbər verir ki, 26 yaşlı müdafiəçi çarpaz bağlarının qopması səbəbindən uzun müddət futboldan kənarda qalıb. Futbolçu NEK klubunun heyətində yenidən yaşıl meydanalara geri dönüb və dönüşünü qolla qeyd edib. O, “Zvolle” ilə matçın yekun hesabını müəyyənləşdirən qola imza atıb. NEK qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Sxürs NEK-in heyətində Avropa Liqasında da mübarizə aparacaq. Onun turnirdəki rəqiblərindən biri məhz Turinin digər klubu - “Yuventus” olacaq.